Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını, peşə maraqlarını qorumağı və onların rifahını yaxşılaşdırmağı özünün əsas prioriteti hesab edən təşkilatdır.
Komitənin işi yalnız əmək münasibətlərinin tənzimlənməsi ilə məhdudlaşmır. Buraya üzvlərin sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, mədəni və maarifləndirici tədbirlərin təşkili də daxildir. Təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq edən Komitə, üzvlərin hüquq və mənafelərinin qorunması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Əsas istiqamətlərdən biri isə kollektiv müqavilələrin bağlanmasıdır. Kollektiv müqavilələr işçilərin sosial təminatını yaxşılaşdırır, əmək münasibətlərində qarşılıqlı öhdəlikləri müəyyənləşdirir və iş şəraitinin daha ədalətli olmasına xidmət edir. Bu müqavilələr həm işçilərin hüquqlarını qorumağa, həm də işçi ilə işəgötürən arasında sağlam münasibətlərin formalaşmasına kömək edir.
Komitə üzvlərin istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərə də xüsusi diqqət yetirir. Üzvlərlə daimi ünsiyyət saxlayan Komitə, fəaliyyətini həmrəylik və sosial ədalət prinsipləri üzərində qurur.
İttifaqın struktur genişliyi və üzv sayı
Hazırda Yasamal Rayon Komitəsi 57 üzv təşkilatı birləşdirir. Üzvlərin ümumi sayı 5447 nəfərdir; onlardan 4417 nəfəri təhsil müəssisələrində çalışan işçilər, qalanı isə təhsil alanlardır.
Komitənin əsas fəaliyyət istiqamətləri:


