“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Layiqli əmək – güvənli gələcəyin əsas şərtidir

News Image

Layiqli əmək – güvənli gələcəyin əsas şərtidir

​7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Mikayıl Müşfiq adına 18 nömrəli tam orta ümumtəhsil məktəbində, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRİTL), eləcə də 161 və 325 nömrəli körpələr evi-uşaq bağçalarında ittifaq üzvləri ilə silsilə maarifləndirici görüşlər keçirilib.

​Görüşlərdə əsas diqqət ETİHİ Yasamal Rayon Komitəsinin təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsindəki roluna, təhlükəsiz iş şəraitinin təmin olunmasına və sosial dialoqun inkişafına yönəldilib. Vurğulanıb ki, Rayon Komitəsi hər bir üzvünün əmək hüquqlarının müdafiəsini hər zaman diqqət mərkəzində saxlayır. İşçi və işəgötürən arasında qarşılıqlı etimada, hörmətə və əməkdaşlığa əsaslanan sağlam əmək mühitinin formalaşdırılması qurumun fəaliyyətində prioritet istiqamətdir.

​Müzakirələr zamanı ETİHİ Yasamal Rayon Komitəsinin nümayəndələri tərəfindən əmək kollektivində sağlam psixoloji mühitin yaradılması, işçilərin fikir və təkliflərinin dinlənilməsi, ortaya çıxan məsələlərin dialoq yolu ilə həllinin önəmi qeyd olunub. İttifaq üzvlərinə əmək münasibətləri zamanı qarşılaşdıqları hər bir məsələ ilə bağlı Rayon Komitəsinə müraciət edə biləcəkləri və hüquqlarının müdafiəsi istiqamətində müvafiq dəstək alacaqları bildirilib.

Müəllimlər Gününə həsr olunmuş görüş

News Image

Müəllimlər Gününə həsr olunmuş görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 286 nömrəli tam orta məktəbdə təntənəli tədbir keçirilib.

Tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri, təcrübəli pedaqoqlar və gənc mütəxəssislər, habelə məktəb kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra bayram ab-havasında davam edən tədbirdə müasir təhsilin çağırışları, şagirdlərlə işin effektiv metodları və müəllim peşəsinin cəmiyyətdə tutduğu mühüm və şərəfli yer ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli müəllim peşəsinin əzəmətli və məsuliyyətli iş olduğunu qeyd edərək, qazanılmış bütün uğurların əsasında savadlı, qayğıkeş müəllimlərin dayandığını bildirib. O, həmkarlar ittifaqının təhsil işçilərinin hüquqlarının qorunması, maddi və mənəvi maraqlarının təmin olunması istiqamətindəki səylərini xüsusi vurğulayıb. Çıxışda təhsil işçilərinin sosial və əmək hüquqlarının hər zaman etibarlı şəkildə müdafiə olunmasının vacibliyi qeyd edilib.

Görüşün davamında təhsil və tərbiyə sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, gənc nəslin yetişməsində müstəsna xidmətləri olan pedaqoqlar ETİHİ Yasamal Rayon Komitəsinin Fəxri Fərman və dəyərli xatirə hədiyyələri ilə təltif olunublar.

Məktəb kollektivi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək, bu qəbil görüşlərin birlik və həmrəyliyi möhkəmləndirmək, eləcə də müəllim əməyinə layiqincə dəyər vermək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ETİHİ Yasamal Rayon Komitəsi fəaliyyət dairəsinə daxil olan müəssisələrdə Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirləri davam etdirir, bütün təhsil işçilərinə möhkəm cansağlığı və şərəfli peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!

İncəsənət Gimnaziyasında təntənəli müəllimlər günü

News Image

İncəsənət Gimnaziyasında təntənəli müəllimlər günü

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında təntənəli tədbir keçirilib.

Tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri, təcrübəli pedaqoqlar və gənc mütəxəssislər, habelə gimnaziyanın kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra bayram ab-havasında davam edən tədbirdə müasir təhsilin çağırışları, şagirdlərlə işin effektiv metodları və müəllim peşəsinin cəmiyyətdə tutduğu mühüm və şərəfli yer ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli müəllim peşəsinin əzəmətli və məsuliyyətli iş olduğunu qeyd edərək, qazanılmış bütün uğurların əsasında savadlı, qayğıkeş müəllimlərin dayandığını bildirib. O, həmkarlar ittifaqının təhsil işçilərinin hüquqlarının qorunması, maddi və mənəvi maraqlarının təmin olunması istiqamətindəki səylərini xüsusi vurğulayıb. Çıxışda təhsil işçilərinin sosial və əmək hüquqlarının hər zaman etibarlı şəkildə müdafiə olunmasının vacibliyi qeyd edilib.

Görüşün davamında təhsil və tərbiyə sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, gənc nəslin yetişməsində müstəsna xidmətləri olan pedaqoqlar ETİHİ Yasamal Rayon Komitəsinin Fəxri Fərman və dəyərli xatirə hədiyyələri ilə təltif olunublar.

Gimnaziyanın kollektivi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək, bu qəbil görüşlərin birlik və həmrəyliyi möhkəmləndirmək, eləcə də müəllim əməyinə layiqincə dəyər vermək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ETİHİ Yasamal Rayon Komitəsi fəaliyyət dairəsinə daxil olan müəssisələrdə Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirləri davam etdirir, bütün təhsil işçilərinə möhkəm cansağlığı və şərəfli peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!

20 nömrəli məktəb-liseydə müəllimlər gününə həsr olunmuş tədbir

News Image

20 nömrəli məktəb-liseydə müəllimlər gününə həsr olunmuş tədbir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 20 nömrəli məktəb-liseydə təntənəli tədbir keçirilib.

Tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri, təcrübəli pedaqoqlar və gənc mütəxəssislər, habelə məktəb kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra bayram ab-havasında davam edən tədbirdə müasir təhsilin çağırışları, şagirdlərlə işin effektiv metodları və müəllim peşəsinin cəmiyyətdə tutduğu mühüm və şərəfli yer ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli müəllim peşəsinin əzəmətli və məsuliyyətli iş olduğunu qeyd edərək, qazanılmış bütün uğurların əsasında savadlı, qayğıkeş müəllimlərin dayandığını bildirib. O, həmkarlar ittifaqının təhsil işçilərinin hüquqlarının qorunması, maddi və mənəvi maraqlarının təmin olunması istiqamətindəki səylərini xüsusi vurğulayıb. Çıxışda təhsil işçilərinin sosial və əmək hüquqlarının hər zaman etibarlı şəkildə müdafiə olunmasının vacibliyi qeyd edilib.

Görüşün davamında təhsil və tərbiyə sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, gənc nəslin yetişməsində müstəsna xidmətləri olan pedaqoqlar ETİHİ Yasamal Rayon Komitəsinin Fəxri Fərman və dəyərli xatirə hədiyyələri ilə təltif olunublar.

Məktəb kollektivi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək, bu qəbil görüşlərin birlik və həmrəyliyi möhkəmləndirmək, eləcə də müəllim əməyinə layiqincə dəyər vermək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ETİHİ Yasamal Rayon Komitəsi fəaliyyət dairəsinə daxil olan müəssisələrdə Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirləri davam etdirir, bütün təhsil işçilərinə möhkəm cansağlığı və şərəfli peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!

Müəllimlər Günü Azərbaycan Dövlət Pedaqoji Kollecində Qeyd Edilib

News Image

Müəllimlər Günü Azərbaycan Dövlət Pedaqoji Kollecində Qeyd Edilib

​Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan Azərbaycan Dövlət Pedaqoji Kollecində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə təhsil müəssisəsinin nümayəndələri, ETİHİ Yasamal Rayon Komitəsinin heyəti və pedaqoji kollektiv iştirak ediblər.

​Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

​Tədbiri giriş sözü ilə açan kollecin direktoru Amalya Sezgin pedaqoji heyəti əlamətdar gün münasibətilə təbrik edib. Çıxışında müəllim əməyinin məsuliyyətindən bəhs edən direktor, təlim-tərbiyə prosesində pedaqoji heyətin fəaliyyətini vurğulayıb.

​ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək təhsil işçilərinin fəaliyyətindən və Həmkarlar İttifaqının gördüyü işlərdən söz açıb. R.İbrahimli bildirib ki, ittifaq təhsil işçilərinin sosial-əmək hüquqlarının müdafiəsi və təşkilati dəstəyin göstərilməsi istiqamətində işləri davam etdirir.

​Daha sonra Həmkarlar İttifaqı ilk təşkilatının sədri Svetlana Əhmədova çıxış edərək kollektivdəki həmrəylikdən danışıb, ittifaq üzvlərinin sosial məsələlərinin diqqət mərkəzində saxlanıldığını qeyd edib.

​Təlim-tərbiyə prosesindəki fəaliyyətinə görə bir qrup təhsil işçisinə ETİHİ Yasamal Rayon Komitəsinin Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olunub.

​Sonda kollektiv bayram münasibətilə təşkil olunan tədbirə görə təşəkkürünü bildirib.

​ETİHİ Yasamal Rayon Komitəsi olaraq bütün təhsil işçilərini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

53 nömrəli tam orta məktəbdə müəllimlər günü qiymətləndirildi

News Image

53 nömrəli tam orta məktəbdə müəllimlər günü qiymətləndirildi

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşəbbüsü ilə silsilə bayram tədbirləri davam edir. Bu tədbirlərdən biri də 53 nömrəli tam orta məktəbdə baş tutub.

​Bayram görüşündə məktəbin müəllim kollektivi və ETİHİ Yasamal Rayon Komitəsinin sədri bir araya gəliblər.

​Tədbir Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

​Tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli müəllim peşəsinin əzəmətli və məsuliyyətli iş olduğunu qeyd edərək, qazanılmış bütün uğurların əsasında savadlı, qayğıkeş müəllimlərin dayandığını bildirib. Həmkarlar ittifaqının təhsil işçilərinin hüquqlarının qorunması, maddi və mənəvi maraqlarının təmin olunması istiqamətində səylərini xüsusi vurğulayıb.

​Sonda təhsilə uzun illər sədaqətlə xidmət etmiş müəllimlər ETİHİ Yasamal Rayon Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

​Məktəb kollektivi göstərilən diqqətə görə səmimi minnətdarlığını bildirib.

308 nömrəli tam orta məktəbdə təntənəli müəllimlər günü

News Image

308 nömrəli tam orta məktəbdə təntənəli müəllimlər günü

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində növbəti təntənəli görüş komitənin fəaliyyət dairəsinə daxil olan 308 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.

​Tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin rəhbərliyi, məktəb administrasiyası, təcrübəli pedaqoqlar və gənc mütəxəssislər iştirak ediblər.

​Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

​Daha sonra bayram ab-havasında davam edən tədbirdə müasir təhsilin çağırışları, şagirdlərlə işin effektiv metodları və müəllim peşəsinin cəmiyyətdə tutduğu mühüm və şərəfli yer ətrafında geniş fikir mübadiləsi aparılıb.

​Tədbirdə çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri müəllim əməyinin məsuliyyətindən bəhs edərək bildirib ki, müəllim hər bir şagirdin gələcək həyat yolunda ilk və ən vacib bələdçisidir. Çıxışda təhsil işçilərinin sosial və əmək hüquqlarının həmkarlar ittifaqı tərəfindən hər zaman etibarlı şəkildə müdafiə olunduğu xüsusi vurğulanıb.

​Görüşün davamında təhsil və tərbiyə sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, gənc nəslin yetişməsində müstəsna xidmətləri olan pedaqoqlar Fəxri Fərman və dəyərli xatirə hədiyyələri ilə təltif olunublar.

​Məktəb kollektivi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək, bu qəbil görüşlərin birlik və həmrəyliyi möhkəmləndirmək, eləcə də müəllim əməyinə layiqincə dəyər vermək baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

​ETİHİ Yasamal Rayon Komitəsi fəaliyyət dairəsinə daxil olan müəssisələrdə Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirləri davam etdirir, bütün təhsil işçilərinə möhkəm cansağlığı və şərəfli peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!

79 Saylı Uşaq Bağçasında Bayram Görüşü

News Image

79 Saylı Uşaq Bağçasında Bayram Görüşü

​5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan 79 nömrəli körpələr evi-uşaq bağçasında tədbir təşkil olunub.

​Tədbirdə məktəbəqədər təhsil işçilərinin uşaqların ilkin inkişafındakı, dünyagörüşünün formalaşmasındakı və cəmiyyətə faydalı fərd kimi yetişməsindəki rolundan bəhs olunub. Qeyd olunub ki, onların gündəlik işlərində nümayiş etdirdikləri peşəkarlıq və məsuliyyət təhsil prosesinin vacib hissəsidir.

​ETİHİ Yasamal Rayon Komitəsinin nümayəndələri bağça heyətini əlamətdar gün münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda müəllim əməyinə verilən dəyərin, təhsil işçilərinin sosial və əmək hüquqlarının müdafiəsinin vacibliyi diqqətə çatdırılıb.

​Təhsil və tərbiyə sahəsində səmərəli fəaliyyət göstərən əməkdaşlar Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif olunublar.

​Tədbirdə müəllim və tərbiyəçilərin rəy və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

​ETİHİ Yasamal Rayon Komitəsi bütün müəllim və tərbiyəçiləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayır!

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər təltif olunublar

News Image

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər təltif olunublar

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 286 nömrəli tam orta ümumtəhsil məktəbində Sertifikasiya imtahanında müvəffəqiyyət qazanan və yüksək bal toplayan pedaqoqların təltif olunması mərasimi keçirilib. Təhlil və qiymətləndirmə nəticəsində peşəkar fəaliyyəti ilə fərqlənən müəllimlərə xüsusi sertifikatlar təqdim olunub.

​Təntənəli tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdi-Zadə, rəhbərlik heyəti və pedaqoji kollektiv iştirak ediblər.

​ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək pedaqoqları yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, imtahanda yüksək göstərici nümayiş etdirən müəllimlərin əməyini xüsusi vurğulayıb. O, müəllimlərin peşəkar inkişafının və peşəkarlıq səviyyəsinin artırılmasının bilavasitə təhsilin keyfiyyətinə müsbət təsir göstərdiyini bildirərək kollektivə yeni nailiyyətlər arzulayıb.

​Daha sonra məktəbin direktoru Samir Mehdi-Zadə çıxış edərək uğur qazanan müəllimləri təbrik edib, bu nailiyyətlərin bütövlüklə təhsil müəssisəsi üçün böyük fəxarət hissi olduğunu qeyd edib. Direktor pedaqoqların əməyinin vaxtında qiymətləndirilməsinin və onlara göstərilən dəstəyin motivasiya baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

​Mükafatlandırılan müəllimlər öz növbəsində onlara göstərilən diqqətə, yüksək etimada və əməklərinə verilən dəyərə görə təşkilatçılara minnatdarlıqlarını ifadə ediblər.

​ETİHİ Yasamal Rayon Komitəsi sertifikasiya mərhələsini uğurla tamamlayan bütün pedaqoqları səmimiyyətlə təbrik edir, onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar diləyir.

Pedaqoji Şuranın iclası: Hesabatlar dinlənildi, müəllimlər mükafatlandırıldı

News Image

Pedaqoji Şuranın iclası: Hesabatlar dinlənildi, müəllimlər mükafatlandırıldı

​Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 167 nömrəli tam orta ümumtəhsil məktəbində Pedaqoji Şuranın növbəti iclası baş tutub. İclasda ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, məktəbin direktoru Taleh Quliyev, direktor müavinləri və pedaqoji kollektiv iştirak ediblər.

​Tədbirdə məktəb rəhbərliyinin ötən tədris ili üzrə hesabatı dinlənilib; təhsil müəssisəsinin fəaliyyəti, əldə olunan akademik nəticələr və yeni tədris ilində qarşıda duran prioritet vəzifələr geniş müzakirə olunub.

​İclasda çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli pedaqoji heyəti yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. R.İbrahimli müəllimlərin müraciət və təkliflərini dinləyib, onları maraqlandıran sualları ətraflı cavablandırıb.

​Daha sonra sertifikasiya imtahanında yüksək göstəricilər nümayiş etdirən 40 müəllim ETİHİ Yasamal Rayon Komitəsi tərəfindən Fəxri Fərmanla təltif edilib. Təltif olunan pedaqoqların nailiyyətləri kollektivin ümumi uğuru və nümayəndəliyin yüksək peşəkarlıq göstəricisi kimi dəyərləndirilib.

​Görüş çərçivəsində, həmçinin fəaliyyətə yeni başlayan gənc müəllimlərlə də dialoq təşkil olunub. Onlara şərəfli və məsuliyyətli pedaqoji fəaliyyətlərində uğurlar arzulanıb.

​İclas qarşılıqlı fikir mübadiləsi və konstruktiv müzakirələrlə yekunlaşıb.

308 nömrəli məktəbdə yeni sədr seçilib

News Image

308 nömrəli məktəbdə yeni sədr seçilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 308 nömrəli tam orta məktəbdə ilk təşkilat sədrinin seçkisi keçirilib.

Məktəb rəhbərliyi, pedaqoji heyət və texniki işçilərin iştirakı ilə keçirilən iclasda ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli də iştirak edib. Kollektivin fəallığı şəraitində keçirilən səsvermənin nəticələrinə əsasən Yaşar Cümşüdov səs çoxluğu ilə ilk təşkilatın yeni sədri seçilib.

Çıxışında Rövşən İbrahimli həmkarlar ittifaqının əməkdaşların hüquq və qanuni mənafelərinin qorunmasında, kollektivdə birlik və həmrəyliyin möhkəmləndirilməsində rolundan danışıb. Yeni sədrin qarşısında duran əsas vəzifələrə toxunaraq üzvlərlə sıx əməkdaşlığın və onların müraciətlərinə diqqətlə yanaşılmasının vacibliyini qeyd edib.

Görüşdə ilk təşkilata uzun müddət sədirlik etmiş Zərifə Hidayətovanın xidmətləri də xüsusi qeyd olunub, ona həmkarlar ittifaqı fəaliyyətinə verdiyi töhfələrə görə təşəkkür bildirilib.

Yeni sədr Yaşar Cümşüdov göstərilən etimada görə minnətdarlığını ifadə edib və kollektivin maraqlarının qorunması, üzvlərlə səmərəli əməkdaşlığın qurulması istiqamətində səylə çalışacağını bildirib.

ETİHİ Yasamal Rayon Komitəsi Yaşar Cümşüdovu yeni vəzifəsi münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır!

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.