Üzv təşkilatlar haqqında ümumi məlumat

Yasamal Rayon Komitəsinin üzv təşkilatları
57 təşkilat
Yasamal Rayon Komitəsinə 20 tam orta məktəb, 4 lisey (20 nömrəli məktəb-lisey, 147 nömrəli Texniki Humanitar Lisey, Akademik Zərifə Əliyeva adına lisey, Fizika-Riyaziyyat və İnformatika təmayüllü lisey), 1 kollec (Azərbaycan Dövlət Pedaqoji Kolleci), 1 uşaq-gənclər inkişaf mərkəzi (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) və 31 məktəbəqədər təhsil müəssisəsi (bağça və körpələr evi) daxildir.
Ümumilikdə, Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə 57 üzv təşkilat daxildir.

Üzv təşkilatlarda təftiş komissiyası üzvlərinin sayı
171 nəfər
Komitəyə aid üzv təşkilatlarda ümumilikdə 171 nəfər təftiş komissiyasının üzvü var. Bunlardan 78 nəfəri məktəblər üzrə, 93 nəfəri bağçalar üzrədir.


